Azərbaycanda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib

Tərtərdə gəlinini avtomobillə vuraraq öldürən şəxsin kimliyi məlum olub.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bu, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur.

Onun könüllü olaraq polisə təslim olduğu bildirilir.


*** 17:30

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

“Report”un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Hadisə şahidlərinin “Report”un yerli bürosuna verdiyi məlumata görə, qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

  DİGƏR XƏBƏRLƏR