Azərbaycanlı keçmiş sevgilisini və onun rəfiqəsini bıçaqladı – TƏFƏRRÜAT

Rusiyada 34 yaşlı azərbaycanlı tərəfindən iki qadının bıçaqlanmasının təfərrüatı məlum olub.

Ren.tv xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Marşal Novikov küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Oktyabrın 19-da kişi mənzildə iki qadına bıçaqla xəsarət yetirib. Qadınlardan biri ölüb, digəri isə xəsarət olub.

Hadisə ilə bağlı danışan xəsarət alan qadının anası bildirib ki, qızı azərbaycanlı ilə bir il əvvəl tanış olub və bir neçə ay əvvəl ayrılıb:

“Onlar görüşürdülər. Sonra oğlan ona əl qaldırdı, qızım isə polis və prokurorluğa şikayət etdi. Bir neçə ay sonra barışdılar. Oğlan kafelərə getmək, əylənmək, qızım isə onun evə oturmasını istəyirdi”.

Öldürülən qadının qonşuları isə onun tez-tez oğlanlarla görüşdüyünü bildiriblər. Onların sözlərinə görə, evə çox gec, bəzən səhər tezdən qayıdırdı.

Qeyd edək ki, hadisəni törədən azərbaycanlı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb və araşdırma başlanılıb.

  DİGƏR XƏBƏRLƏR