Azadlıq! Velosiped sürməyi sevən qadınlar

İngiltərənin Birmingham şəhərindən olan fotoqraf Alison Baskerville velosiped sürməyi sevən qadınlardan bəhs edir.

“Velosiped sürmək təkcə idman etmək deyil, onun əhəmiyyəti həm də bəxş etdiyi azadlıq hissindədir”, bu cür marağı olan qadınların fotolarını çəkməkdə həvəsli olan fotoqraf deyir.

Louise Byng with bicycleFotonun müəllifiALİSON BASKERVİLLE

Louise Bymg: “Universiteti başa vurduqdan sonra velosipedim təxminən yeddi il qarajda qaldı”.

Onun sözlərinə görə bu qədər aradan sonra yenidən velosipeddən istifadə çətin addım olsa da, ona azadlıq bəxş edib.

Roz McGuigan in a bike shopFotonun müəllifiALİSON BASKERVİLLE

Roz McGuigan deyir: “Velosiped sürməyi necə öyrəndiyim yadıma gəlmir”.

O deyir ki, ta uşaqlıqdan indiyə qədər velosiped həmişə onun həyatında olub və indi də öz övladları ilə velosiped gəzintisinə çıxır.

Hazırda o, velospedlərin təmiri ilə də məşğuldur.

Pauline Roche at homeFotonun müəllifiALİSON BASKERVİLLE

Pauline Roche: “Mən İrlandiyanın qərbindəki bir kənddə doğulmuşam. Orada nəqliyyat imkanları məhdud idi. Avtobusdan istifadə edirdim, lakin onlar ən çox gündə iki dəfə işləyirdilər”.

Pauline deyir ki, ilk velosipedini 22 yaşı olarkən alıb və o vaxtdan sonra hər yerə velosipedlə gedib. “Adam özünü çox azad hiss edir”, o əlavə edir.

1988-ci ildə isə Pauilne avtobusun altında qalıb və ciddi xəsarət alıb. Buna görə o bir neçə dəfə əməliyyat olunub.

Pauline Roche cyclingFotonun müəllifiALİSON BASKERVİLLE

“Bir ayağım zədələndi. Bu cür yaşamağ vərdiş etmişəm. Bu haqda heç danışmıram. Çox nikbin insanam. Həyatdan zövq almağa çalışıram”, o deyir.

Pauline indi velosiped sürərkən yalnız bir ayağını istifadə edir. Buna baxmayaraq onun üçün velosiped azadlığı təmsil edir.

Immy KaurFotonun müəllifiALİSON BASKERVİLLE

İmmy Kaur: “İlk dəfə velosipedi azyaşlı olarkən sürməyə başlamışam. Velosiped sürməyi mənə dostum öyrədib”.

İndi o, avtomobilini satıb və ailəsindəki bütün uşaqlara velosiped alıb. “Mən sadəcə olaraq bunu sevirəm”, İmmy velospiedə olan sevgisini belə izah edir.

Onun üçün velosiped sürmək təmiz hava, geniş məkan, qəhvə və yeni dostlar deməkdir.

Shaila Sharif, Hasten Akhtar and Saima Ahmed of Saheli HubFotonun müəllifiALİSON BASKERVİLLE

1000-dən çox qadın Saheli Hub layihəsi çərçivəsində pulsuz velosiped sürməyi öyrənib.

Haseena Aktar riding a bicycleFotonun müəllifiALİSON BASKERVİLLE

Haseena Akhtar: “Velospied mənə yeniyetməlik çağlarımı xatırladır, ən yaxın dostumla kanal kənarında velosped sürməyimizi. Bu, maşın sürməyə başlamazdan evvəl mənim azadlığım idi”.

İndi isə o, yenidən velosiped sürməyə başlayıb. “Hicabımda küləyi hiss etmək üçün darıxmışdım”, o deyir.

bbc.com/azeri

  DİGƏR XƏBƏRLƏR