Bağdadinin yerini deyən şəxsə 25 milyon dollar mükafat

HANDOUT – 29.04.2019, —: Der Screenshot eines undatierten Videos, das am 29.04.2019 über Al-Furkan, einen Medienkanal der IS, verbreitet wurde, zeigt den Anführer der IS-Terrormiliz Abu Bakr al-Bagdadi. Foto: —/Al-Furkan /dpa +++ dpa-Bildfunk +++

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yerini xəbər edən şəxsə 25 milyon dollar mükafat verilə bilər.

Qaynarinfo xəbər verir ki, “Wastington Post” qəzeti Bağdadinin yerini ABŞ kəşfiyyatına xəbər verən şəxsin sünni ərəb olduğunu açıqlayıb. Adı açıqlanmayan ərəb Bağdadinin qaldığı evin inşaatında çalışıb və tikilinin bütün gizli yerlərindən xəbərdar olub. Məlumata görə, Bağdadi onun yaxınlarını qətlə yetirib. Terrorçu liderin zərərsizləşdirildiyi əməliyyatdan iki gün əvvəl o, ərazini ailəsi ilə birlikdə tərk edib.
Bildirilir ki, sünni ərəb 25 milyon dollarlıq mükafatın bir hissəsini və ya hamısını alacaq.

  DİGƏR XƏBƏRLƏR