BMT dünyanı bu təhlükəli maddədən imtina etməyə çağırır

BMT dünyanı əsasən qab-qacağın, geyimlərin və kağızın tərkibində olan zərərli maddədən imtina etməyə çağırıb. BMT-nin mütəxəssisləri perftorheksan sulfon turşusunu (PFHST) ən təhlükəli kimyəvi maddə hesab edirlər.
Qafqazxeber.az oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, PFHST və onun yaxın birləşmələri sağlamlığa bərpa olunmayan ziyan vura bilərlər. Hazırda bu maddə ekologiya üçün də təhlükədir.
Bu maddə ilə tez-tez qarşılaşan insanda müxtəlif problemlər ola bilər. İlk növbədə mərkəzi sinir sistemi, beyin, endokrinoloji sistem və qalxanabənzər vəz zərər görə bilər.
BMT-nin Romada keçirilən 15-ci Ətraf mühitin çirklənməsi mövzusunda keçirilən görüşündə PFHST-dən imtina qərarına gəlinib. Bu görüşdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox alim iştirak edib.

  DİGƏR XƏBƏRLƏR