Bodrum su altında qalıb – VİDEO

Türkiyənin Bodrum şəhəri suyun altında qalıb.

Yağan aramsız leysan yağışları şəhərdəki küçə və prospektlərin suyla dolmasıyla nəticələnib. Nəqliyyatın hərəkəti iflic olub, bir çox yollar bağlanılıb. Evlər, beş ulduzlu otellər su altında qalıb. Otel sahibləri qonaqlarını digər otellərə köçürməyə məcbur olub. Hakim dairələr sakin və turistlərdən sakitliyi qoruyub saxlamağı və nəqliyyat vasitələrindən istifadə etməməyi xahiş edib. Hazırda yerli hakimiyyət orqanları vəziyyəti normallaşdırmaq üçün müxtəlif yolları nəzərdən keçirdirlər. Hələ ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq mümkün olmayıb.

 

  DİGƏR XƏBƏRLƏR