Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır

Bu gün Böyük Britaniya parlamenti xüsusi iclas keçirəcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun Avropa İttifaqı ilə imzaladığı yeni müqavilə müzakirə edilib səsverməyə çıxarılacaq.

Baş Nazir, deputatları müqaviləni dəstəkləməyə çağırıb.

Müqavilə səs çoxluğu ilə qəbul edilsə oktyabrın 31-də İngiltərə Avropa İttifaqını tərk edəcək. Qəbul edilmədiyi təqdirdə isə Baş Nazirdən prosesin 2020-ci ilin yanvarına qədər təxirə salınması üçün Aİ-yə məktub göndərməsi tələb olunacaq.

  DİGƏR XƏBƏRLƏR