Bukmekerlər Sülh üzrə Nobel mükafatının favoritlərini və autsayderlərini açıqlayıblar

“Nicer Odds” bukmeker saytı sülh üzrə Nobel mükafatına namizədləri siyahısını tərtib edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “USA Today” qəzeti məlumat yayıb.

Xəbərdə BMT Baş Assambleyasının son sessiyasında emosional nitqi ilə yadda qalan isveçli məktəbli Qreta Tunberqin əsas favort olduğu göstərilib.

Xatırladaq ki, ətraf mühit uğrunda mübariz qız 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə əlaqədar ölkə parlamentinin önündə oturaq dinc aksiya keçirib. Onun bu etiraz aksiyası sonradan qlobal hərəkata çevrilib.

İndi Qərb ölkələrində hər həftənin cümə günü məktəbli və tələbələr “məktəbli tətilləri” keçirirlər.

ABŞ prezidenti Donald Tramp isə dünyanın bir sıra liderləri ilə birlikdə autsayderlər arasndadır.

Onunla birlikdə Efiopiyanın baş naziri Abiya Əhməd, Yeni Zellandiyanın baş naziri Casinda Arden, habelə Almaniya kansleri Angela Merkelin şansları minimal dəyərləndirilir.

Qeyd olunur ki, Nobel komitələri heç vaxt namizədlərin adlarını açıqlamır.

Onların kim olduğu barədə isə yalnız üzərindən 50 il keçdikdən sonra məlumat almaq olar.

Musavat.com

  DİGƏR XƏBƏRLƏR