Çeçenistanda Rusiya çempionatının oyunu zamanı kütləvi dava düşüb – VİDEO

Rusiya Gənclər Liqasında XIV turun “Axmat” – “Arsenal” matçı zamanı kütləvi dava düşüb.

“Report”un məlumatına görə, insident Çeçenistanın paytaxtı Qroznıda təşkil olunmuş qarşılaşmanın 38-ci dəqiqədə Tula klubunun oyunçusunun kobud oyunundan sonra yaşanıb. Ona sarı vərəqə göstərilsə də, Qroznı komandasının futbolçuları bu cəzanı yüngül sayıblar və qaydanı pozan oyunçu ilə özləri haqq-hesab çəkməyi qərara alıblar. Davaya ehtiyat oyunçular skamyasındakılar da qoşulublar. Nəticədə baş hakim meydan sahiblərinin 2, qonaqların 1 oyunçusunu meydandan qovub.

Qeyd edək ki, görüş “Arsenal”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

  DİGƏR XƏBƏRLƏR