Çili hökuməti istefaya göndərildi

Çili prezidenti Sebastyan Pinera hökuməti istefaya göndərib.

Qaynarinfo xəbər verir ki, növbəti günlərdə ölkədəki fövqəladə vəziyyət də ləğv edilə bilər.

Qeyd edək ki,Çilidə təxminən iki həftədir metroda gediş haqqının qaldırılması və hökumət əleyhinə aksiyalar davam edir. Daha sonra qərar ləğv edilsə də, ötən günlərdə ölkə ərazisində 2 milyona yaxın insan nümayişlərə qatılıb.

Aksiyalar zamanı 19 nəfər ölüb, 500-dən çox insan xəsarət alıb, 3 min nəfər həbs olunub.

  DİGƏR XƏBƏRLƏR