Dünyanın ən bahalı brendləri məlum oldu

“Interbrand” kompaniyası dünyanın ən bahalı brendlərinin siyahısını hazırlayıb.
TOP-100-də ilk yerdə “Apple” korporasiyası qərarlaşıb. Belə ki, “Apple” il ərzində 9% faiz bahalaşıb və hazırda 234,2 milyard dollaradır.
İkinci yeri “Google” tutub. Bu brendin qiyməti 167,7 milard dollardır (8% artım). Üçüncü yerin sahibi “Amazon” olub. Ceff Bezosun kompaniyasının qiyməti 24% artaraq, 125,2 milyard dollar olub.
İlk onluqda, həmçinin, “Microsoft” və “Coca-Cola” brendləri (108,8 və 63,3 milyard dollar), eləcə də “Samsung” (61 milyard), “Toyota” (56,2 milyard), “McDonald`s” (45,3 milyard) və “Disney” (44,3 milyard) yer alıb.(Qafqazinfo)

  DİGƏR XƏBƏRLƏR