Fətullah Gülənin yaxın qohumu saxlanıldı

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin yaxın qohumu Zeynəb Gülən saxlanılıb.

Bizimyol.info xəbər verir ki, yerli KİV-də yayılan məlumatda bildirilir ki, 30 yaşlı Z.Gülən İstanbulun Beykoz ərazisində gecə saatlarında şübhəli avtomobildə yaxalanıb.

Z.Gülən polis əməkdaşlarına əvvəlcə saxta şəxsiyyət vəsiqəsi təqdim etsə də, araşdırmalardan sonra onun F.Gülənin qohumu olduğu üzə çıxıb.

Z.Gülən Beykoz Polis İdarəsində dindirildikdən sonra İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təslim edilib.

  DİGƏR XƏBƏRLƏR