FTB “Facebook” vasitəsilə rusları “ələ almağa” başladı

ABŞ Federal Tədqiqatlar Bürosu Vaşinqtonda yaşayan rusları “ələ almaq” üçün onların xəbər lentində “Facebook” reklamlarından istifadə edir.
Qaynarinfo Fox Business-ə istinadən xəbər verir ki, yayımlanan 3 reklamın təsvirləri belədir:
1. Gənc qız ailəsi ilə birlikdə məzun tədbirindədir. Fotoda “Sənin gələcəyin, ailənin gələcəyi üçün” mətni yerləşdirilib.
2. Şahmat taxtasının təsvir olunduğu şəkildə “Gedişini etməyin vaxtı çatmayıb?” sualı ünvanlanıb.
3. Körpünü keçən kişi təsvir olunub. Fotoda “Körpülər çəkmək vaxtıdır” cümləsi yazılıb.
Reklam layihəsi ABŞ Konstitusiyası və vətəndaşları əleyhinə işləyənləri, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarını müəyyənləşdirmək, tapmaq və zərərsizləşdirmək məqsədi daşıyır. Vətəndaşlara müraciət edilərək onların köməyi istənilir.
FTB məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Çin daha əvvəl “LinkedIn” sosial şəbəkəsində oxşar metoddan istifadə edərək məlumat əldə etməyə çalışıb.

  DİGƏR XƏBƏRLƏR