Gəncədə DƏHŞƏT: – avtomobil qəzasında iki tələbə ölüb

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, “Lada Priora” markalı avtomobil öncə “VAZ” markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb.

Hadisə zamanı daha bir nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR