Hətta binaları görünməz edəcək bir material

Kanadalı hərbi uniforma istehsalçısı HyperStealth Biotechnology Corporation şirkətinin araşdırmaçıları bir adamı, obyekti, gəmini və hətta bütün binanı gizlədə bilən Quantum Sheath adında xüsusi bir material yaratdı.

 

Bu materialın çox incə və yüngül olduğunu ifadə edən Hyperstealth şirkətinin baş icraçı direktoru Qay Kramer, Quantum Sheath materialının hər hansı bir güc qaynağına ehtiyac duymadığını söyləyir. Kramer bu material ilə ətraflanan bir insanın, obyektin və ya binanın, ultrabənövşəyi (UV) və qısa dalğa sistemlərində belə görünmədiyinə diqqət çəkir: “Quantum Stealth, hər hansı bir mühitdə, hər hansı bir mövsümdə, günün və ya gecənin hər hansı bir saatında, başqa heç bir örtüyün təmin edə bilməyəcəyi bir gizlilik vəd edir”. Kramer, həmçinin bildirib ki, onlar doqquz ildir bu texnologiya üzərində işləyiblər.Deyerler.org

  DİGƏR XƏBƏRLƏR