İsrailin Rusiyadakı və Ukraynadakı səfirliyi bağlandı

İsrailin Moskvadakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəliyi dayandırmaq məcburiyyətində olduqlarını bildiriblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə səfirliyin saytında məlumat verilib.

Səbəb olaraq, İsrail Maliyyə Nazirliyinin əvvəllər imzalanan müqavilələri pozmaq qərarı göstərilib.

Səfirliyin Facebook hesabında bildirilir ki, bu “bir neçə onilliklər ərzində mövcud olan qaydanı” pozur.

“Xidmətlər ziyarətçilərə təqdim edilməyəcək. Səfirliyin girişi bağlıdır” deyə məlumatda əlavə olunub.

Bənzər bir qərar İsrailin Ukraynadakı səfirliyi tərəfindən qəbul edilib.

Oktyabrın 30-da İsrailin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin işçiləri İsrailin xaricdəki diplomatik nümayəndəliklərinə tətil etməyə başladılar.

Bundan başqa Fələstinlə sərhədlərdə də nəzarət məntəqələri bağlanıb.

Bu, İsrail Maliyyə Nazirliyinin diplomatların qəbzlərlə dəstəklənməyən səfirlik xərcləri vergisini geri qaytarmağa qərar verdikdən sonra başlayıb.

  DİGƏR XƏBƏRLƏR