Jirinovski ABŞ-dakı vəziyyəti SSRİ-nin dağılması ilə müqayisə edib

Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin ötən gün Dövlət Dumasının plenar iclasındakı çıxışı diqqət çəkib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, partiya lideri çıxışı zamanı ABŞ demokratlarının prezident Donald Trampa qarşı impiçment cəhdlərini SSRİ-nin dağılması ilə müqayisə edib.

Qeyd edək ki, bundan əvvəl Tramp demokratlar tərəfindən qaldırılan impiçment prosedurunu çevriliş kimi dəyərləndirərək, bunu Amerika xalqının gücünü və azadlığını almaq cəhdi adlandırmışdı.

  DİGƏR XƏBƏRLƏR