Keçmiş ABŞ kəşfiyyatçısı: “Rusiyaya gəlməklə tələyə düşmüşəm”

CIA və NSA-nın keçmiş zabiti Edvard Snouden Rusiyanın siyasətinə tənqidi yanaşdığını və sığınacaq aldığı bu ölkədə olmasını “tələyə düşmək” kimi qiymətləndirib.
Qaynarinfo KP.ru-ya istinadən xəbər verir ki, O, sığınacaq üçün Rusiya Federasiyasını seçmədiyini, Latın Amerikasına getmək istədiyini bildirib.
“Mən Pusiya prezidentini, Rusiyanın müşahidə haqda qanunlarını tənqid etdim. Bu, seçmədiyim, “tələyə düşdüyüm” ölkədə həyatımı heç də asanlaşdırmır. Məsələ ondadır ki, mən Latın Amerikasına gedəcəkdim, ancaq ABŞ hökuməti mənim pasportumu ləğv etdi və mən Rusiyada tələyə düşdüm”, – Snouden Joe Rogan Experience portalına müsahibəsində deyib.

  DİGƏR XƏBƏRLƏR