Kim ağ atın belində qarlı dağa çıxdı

Şimali Koreya lideri Kim Çen Inn ağ atın belində koreyalıların müqəddəs Pektusan dağına çıxaraq ilk qarla qarşılaşıb.

“Qafqaz Xəbər” qəzeti  xəbər verir ki, bu barədə Koreyanın “Mərkəzi Teleqraf” agentliyi məlumat yayıb.

Məlumata görə, dağa çıxmaq “vətəni qüdrətli gücə sahib olan, tarixin ədalət və həqiqət yolu ilə yönləndirdiyi yolda mübarizəyə qətiyyətsiz iradə ilə aparan yoldaş Kim Çen Innın əfsanəvi ruhunu nümayiş etdirir”, “RİA Novosti”dən sitat.

Fotodan göründüyü kimi, KXDR rəhbəri həqiqətən Pektusan dağının qarlı mənzərələrini gəzir. Bildirilir ki, səfər zamanı o, ABŞ-ın onun ölkəsinə tətbiq etdiyi sanksiyaları tənqid edib: “ABŞ-ın rəhbərlik etdiyi düşmən qüvvələr tərəfindən respublikamıza qarşı çıxan, xalqımıza əzab-əziyyət verənlər artıq xalqımımızın qəzəbinə düçar olur”.

Qeyd edək ki, Kim Çen Inn daha əvvəl də KXDR rəhbəri vəzifəsində, o cümlədən ABŞ və dünya ilə Cənubi Koreyanın nüvə silahlanmasına dair danışıqlarda da Pektusan dağına çıxmışdı.(virtualaz.org)

  DİGƏR XƏBƏRLƏR