“Kommunikasiya imkanları geniş olsa da, bunlar kitabın verdiyi duyğunu əvəz etmir…”

Xəbər verdiyimiz kimi Bakıyda “kitab dayanacağı” yaradılıb. Kitabın təbliğiylə bağlı yaradılan dayanacaqda vətəndaşlar oxumaq istədikləri kitabı götürüb özüylə apara bilər. Hətta vətəndaşlar özləri də həmin dayanacağa kitab hədiyyə edə bilərlər.
Məsələylə bağlı Moderator.az-a danışan yazıçı Elçin Hüseynbəyli bunun təqdirəlayiq bir təşəbbüs olduğunu bildirdi:
“Belə bir “kitab dayanacağı” M.F.Axundov kitabxanasının həyətində də var. Qaldı ki, kitabın təbliğiylə bağlı hər bir təşəbbüs alqışlanmalıdır. Bizdə kitabı uşaqdan-böyüyə kimi hamı oxumalıdır. Nə qədər sosial məsələlər, kommunikasiya imkanları geniş olsa da, bunlar kitabın verdiyi duyğunu, ləzzəti əvəz etmir. Mən xaricdə olanda insanların kitab oxumasına həmişə həsəd aparmışam. İndi belə təşəbbüslər varsa, görünür oxucu da var və bunlar onların sayının çoxalmasına kömək edəcək”.

  DİGƏR XƏBƏRLƏR