Məşhur “Mimino”nun müəllifi öldü (VİDEO)

SSRİ xalq artisti 85 yaşlı gürcü bəstəkar Giya Kançeli Tiflisdə dünyasını dəyişib.
Çoxsaylı musiqilərin müəllifi uzun sürən xəstəlikdən sonra vəfat edib.
“Interpressnews”in verdiyi məlumata görə, o son vaxtlar İsrail-Gürcüstan angioloji və kardioloji klinikasında müalicə alıb.
Qeyd edək ki, Giya Kançeli Tiflis konservatoriyasında təhsil alıb. 1972-ci ildən Şota Rustaveli adına Dövlət akademik teatrında musiqi bölməsinin müdiri, həmçinin Gürcüstan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışıb. “Mimino” da daxil olmaqla bir sıra sovet filmlərini üçün mahnı bəstələyib.


  DİGƏR XƏBƏRLƏR