Nazirliyin keçmiş əməkdaşları məhkəmə zalından azadlığa buraxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri – Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Mehdi Abdullayev və Novruz Alkərəmova şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

  DİGƏR XƏBƏRLƏR