Növbəti zəlzələdə ən çox dağıntı olacaq yerlər açıqlandı – Qorxulu hesabat

Türkiyənin İstanbul şəhərində ötən günlərdə ard-arda baş verən güclü zəlzələlərdən sonra diqqət “İstanbul risk xəritəsi”nə cəmlənib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, xəritədə qırılma xəttində və ilk təhlükə kateqoriyasında yerləşən bölgələrə Avropa hissəsində Avcılar, Kiçikçəkməcə, Bakırköy, Bəylikdüzü, Güngörən, Zeytunburnu, Baxçalıevlər və Fateh, Anadolu bölgəsində isə Kadıköy, Üsküdar, Ataşəhər, Ümraniyə, Maltəpə, Qartal, Pendik, Sultanbəyli, Sancaqtəpə, Tuzla və Adalar daxildir.
Mütəxəssislərin fikrinə görə, tikintilərin Bəyoğlundan sonra ən qədim olduğu Fateh bölgəsində təhlükə daha böyükdür. Ötən həftə baş verən 5,8 bal gücündə zəlzələdən sonra Fatehdə yerləşən tarixi tikililərdə çatlar meydana gəlib.
Fatehlə birlikdə Zeytunburnu, Bakırköy, Florya, Kiçikçəkməcənin Mənəkşə-Kanarya və Cümhuriyyət Məhəlləsi, Avcılar, Bəylikdüzünün Gürpınar ərazisindəki Pəkməz və Pınarkənd məhəllələri, Böyükçəkməcənin Dəvəbağırdan bölgəsi, Silivri, Təkirdağ, Mərmərənin Ereyli bölgəsi də güclü zəlzələlərdən zərər görəcək riskli yerlər sırasındadır.
Baş verə biləcək bir zəlzələ zamanı qırılma xəttinə yaxın ərazilərdə dağıntıların ölçüsü eyni miqdarda olmayacaq.

  DİGƏR XƏBƏRLƏR