Oqtay Gülalıyev əməliyyatdan çıxdı (YENİLƏNİB)

Dünən qəzaya düşən Oqtay Gülalıyevin əməliyyatı başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu haqda professor Adil Qeybulla “Azadlıq” radiosunun canlı yayımında məlumat verib.
O, əməliiyatın uğurla keçdiyini qeyd edib:
“Oqtay bəyin narkozdan ayılması hardasa 3 saat çəkəcək. Ondan sonra onu reanimasiya şöbəsinə köçürəcəklər. Yəqin ki, üç gün müddətində onunla görüşə izn verilməyəcək. Sadəcə ailəsi onu görmək üçün buraxıla bilər”.
12.32 
Həkimlər bu gün vəziyyəti daha da ağırlaşan Oqtay Gülalıyev əməliyyata götürülüb.
Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist Ramin Deko sosial şəbəkədə məlumat verib.
Yaxınlarının verdiyi məlumata görə, bu gün onun beynində qanın həcmi artıb.
“Anam indilərdə görə bilib, deyir, gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər. Dualarım atamladır”, – oğlu yazıb.
Həkimlər əməliyyatın 3 saat çəkə biləcəyini bildirib.
Qeyd edək ki, əməliyyatı neyrocərrah Emin Yaqubov aparacaq.
12.14
Səhiyyə Nazirliyi dünən gecə avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib:
“Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. O. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
Qeyd edək ki, ötən gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub.

  DİGƏR XƏBƏRLƏR