“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv ilkin mərhələnin cavab matçında Cənubi Kipr APOEL-ini qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə bitib. Oyunun 55-ci dəqiqədə Giannis Satsias fərqlənib.
Komandalar arasında Nikosiyadakı matç 1:1 hesabı ilə yekunlaşdığı üçün “Qəbələ” növbəti mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.
Qeyd edək ki, “Qəbələ” üçüncü dəfədir UEFA Gənclər Liqasında çıxış edirdi. “Qırmızı-qaralar” 2016/2017 və 2018/2019 mövsümlərində də yarışa AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi kimi qatılıb. Əyalət təmsilçisi ilk cəhddə I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub – 0:2, 0:5. Ötən mövsüm isə I mərhələdə Moldova “Şerif”i iki oyunun nəticəsində məğlub edilib – 1:1, 3:1. Lakin II raundda “qırmızı-qaralar” Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb

  DİGƏR XƏBƏRLƏR