Qadınlar təkbaşına Həcc ziyarətinə gedə biləcək

Qadınlar Həcc ziyarətinə kişilərin müşayiəti olmadan gedə biləcəklər.
Qaynarinfo xəbər verir ki, Səudiyyə Vəliəhdi Məhəmməd bin Salmanın Həcc qaydalarına dəyişiklik etməyə hazırlaşır. Yaxın dövrlərdə qadınlar həyat yoldaşları və ya kişi qohumları olmadan ziyarətə gedə biləcəklər.
Qeyd edək ki, Səudiyyəyədə son dövrlər ərzində qadınlara avtomobil sürmək, sərbəst səyahət, çadradan imtina etmək, gömrükdə xidmət və s. hüquqlar verilib.

  DİGƏR XƏBƏRLƏR