“Qarabağ” – APOEL oyununda qalib müəyyənləşmədi

“Qarabağ” bu gün Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Cənubi Kiprin APOEL klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20.55-də start götürüb.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, buna kimi “Qarabağ” avrokubokların qrup mərhələsindəki son 8 ev oyunundan 7-də uduzub, yalnız ilk dəfə vəsiqə qazandığı ÇL-in qrupunda İspaniya “Atletiko”su ilə Bakıda qolsuz heç-heçə edib. Komanda ötən mövsüm AL-də bütün ev oyunlarından məyus ayrılıb. Üstəlik, Portuqaliya “Sportinq”i ilə görüşdə avrokuboklarda ən böyük hesablı ev məğlubiyyətini alıb – 1:6. Lissabonlularla matçda son 4 ev oyununda yeganə qol vurulub.
Avropa Liqası
Qrup mərhələsi
III tur, A qrupu
24 oktyabr
20.55 Qarabağ (Azərbaycan) – APOEL (Cənubi Kipr) 2:2
Qol: Dani Kintana, 13, Aylton Silva, 59 – Nikolas İoannu, 29, Linus Hallenius, 45+1
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev.

Baş məşqçi: Qurban Qurbanov.

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praxitelis Vouros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 17. Antonio Yakoliş, 23. Joazinyo, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.

Baş məşqçi: Tomas Doll.

Hakimlər: Filip Qlovaya, Frantişek Ferents, Yan Pozor, Peter Zimba (Slovakiya).

Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan).
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

  DİGƏR XƏBƏRLƏR