Qırğısıstanın dövlət büdcəsi tüpücək sayəsində 84 min dollar zənginləşdi

Bu ilin 9 ayı ərzində Qırğızıstanda ictimai yerlərdə pozuntularla əlaqədar, yəni siqaret çəkmək, tüpürmək, günəbaxan tumu çırtlamaq və s. barəsində 11.5 min protokol tərtib edilib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu Prezident Aparatının şöbə müdiri Sayakbay Subanova istinadən xəbər verir ki, cərimələrin ümumi məbləği 5 milyon 859 min som (84 min dollar) təşkil edib, eyni zamanda 5500 vətəndaşa xəbərdarlıq edilib.

Ümumilikdə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində qanun pozuntularına dair 24 min 682 protokol tərtib edilib və cərimələrin ümumi məbləği isə 36 milyon 229 min som (təxminən yarım milyon dollar) olub.

Bu ilin əvvəlindən Qırğızıstanda asayişin qorunması ilə bağlı yeni qanun – xüsusi pozuntular Kodeksi qüvvəyə minib. Qanuna daxil edilmiş tüpürməyin qadağan olunması ilə bağlı qayda daha sonra ictimaiyyətin diqqətini çəkmişdi. Yeniliyin tənqidçiləri bu qayda pozuntusuna görə cərimənin (5.5 min som və ya 80 dollar) vətəndaşların gəlirləri mütənasib olmadığına işarə edərək, səlahiyyətləri şəxslərin tüpürdüklərini göstərən videoları sosial şəbəkələrdə aktiv şəkildə yayımlamağa başlamışdılar.

Daha sonra qaydaya düzəlişlər qəbul olunub, buna görə cərimə min soma (15 dollar) endirilib və maddəyə əlavə olunub ki, dəsmal, salfet və ya zibil qutusuna tüpürmək qayda pozuntusu sayılmır.

  DİGƏR XƏBƏRLƏR