Rusiya Mərkəzi Bankı ilk dəfə açıqladı: Türkiyə ilə…

Bu gün Rusiya Mərkəzi Bankı ilk dəfə olaraq Türkiyə ilə ticarətin valyuta strukturu haqqında məlumat verib.
Qaynarinfo xəbər verir ki, tənzimləyicinin dərc etdiyi məlumatlara görə, 2019-cu ilin birinci yarısı üçün ölkələr əksər hallarda ödənişləri ABŞ dolları ilə həyata keçiriblər.
Məlumata görə, cari ilin yanvar-iyun aylarında Rusiya ilə Türkiyə arasındakı ödənişlərin 83,1% -i dollarla aparılıb. Bu dövrdə ödənişlərin 11,7%-i rublla, 5%-i avro ilə olub. Eyni zamanda, rublla ən yüksək ödəniş 2013-cü ildə qeydə alınaraq 17,5% təşkil edib.
Xatırladaq ki, oktyabrın 8-də Rusiya Maliyyə nazirinin birinci müavini Anton Siluanov və Türkiyə Respublikasının Maliyyə naziri Berat Albayraq qarşılıqlı ticarətdə milli valyutalarla (rubl və lirə) hesablaşmaya keçid haqqında saziş imzalayıb. Onu da qeyd edək ki, bu sənəd üzərində işlər 2016-cı ilin sonunda başlayıb.

  DİGƏR XƏBƏRLƏR