Rusiya “qanun oğru” Taronu İspaniyaya verdi – VİDEO

Qanuni oğru Taro (Tariyel Muluxov) Rusiyadan ekstradisiya edilərək İspaniya hüquq mühafizə orqanlarına təhvil verilib.

KONKRET.AZ RİA Novosti-yə istinadən bildirir ki, Taro bir sıra cinayətlərdə iştirak etdiyinə görə İspaniya polisi tərəfindən axtarılırdı. Dünən onu Rusiya nümayəndələri beynəlxalq hava limanına çatdıraraq İspaniyanın hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Rusiyada Muluxov moskvalı iş adamını girov götürərək, məbləğ tələb etdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum olunmuşdu.

Qanuni oğrunun İspaniyaya verilməsinə onun Rusiya vətəndaşlığı mane olurdu. Lakin sonradan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları Muluxovun bu vətəndaşlığı qanun pozuntusu ilə əldə etdiyini öyrənib. Bundan sonra o, Rusiya vətəndaşlığından məhrum olunub.

Tariyel Oniani, həqiqətən, 2010-cu ildə hələ həbsxanada 10 illik cəza çəkən zaman Rusiya vətəndaşlığından məhrum edilib və həmin vaxtdan vətəndaşlığı olmayan şəxsə çevrilib. Keçən ilin avqustunda Daxili İşlər Nazirliyi onun Rusiyada qalmasını arzuolunmaz hesab edib.

2010-cu ildə Oniani Rusiyada iş adamını qaçırıb əvəzində pul tələb etdiyinə görə 10 il həbs cəzasına məhkum edilib. O, ömürlük həbs cəzasına məhkum olunmuş məhbusların saxlanıldığı “Qara Delfin” xüsusi rejimli cəza koloniyasında çəkib.

2019-cu ilin aprel ayında cəzasının müddəti başa çatdıqda, beynəlxalq axtarış və həbsi barədə bildirişə əsasən koloniyadan çıxdıqdan dərhal sonra Orenburq vilayətində polis tərəfindən dərhal tutulub. İspaniya hələ 2006-cı ildə Onianini axtarış və elanlar siyahısına salıb.

Taro kimdir?

Taro kimi tanınan Tariyel Oniani, Rusiyada ən nüfuzlu gürcü mütəşəkkil cinayətkar dəstələrindən biri “Kutaisi cinayətkar dəstəsi”nin liderlərindən biri hesab olunur.

O, Gürcüstanın Tkibuli dağ-mədən şəhərində anadan olub və KİV-lərdə yayılan məlumatlara görə, 17 yaşında oğurluq və soyğunçuluq ittihamı ilə ilk cəzasını alıb. 1970-ci illərin sonlarında isə “qanuni oğru” tituluna yiyələnib.

Oniani digər iki nüfuzlu “qanuni oğru” ilə – Ded Xasan (Aslan Usoyan) və Yaponçiklə (Vyaçeslav İvankov) münaqişədə olub.

Taro və Ded Xassan arasındakı münaqişə 2006-cı ildə İspaniyada həbs cəzası almış Şakro Molodoyun (Zaxari Kalaşov) imperiyasının bölünməsi üstündə meydana gəlib. Bu qarşıdurmada Yaponçik Ded Xasanın tərəfini tutub.

Bəzi KİV-lər Taronu 2009-cu ildə Yaponçikin ölümündə və 2010-cu ildə Ded Xasana qarşı sui-qəsddə ittiham ediblər, lakin bu versiyaların heç biri hələ də sübutunu tapmayıb. Oniani özü 2010-cu ilin sentyabrında vəkil vasitəsi ilə Ded Xasana edilən sui-qəsdlə əlaqəsi olmadığını bildirib.

Nüfuzlu “qanun oğru” Tariyel Onianinin (Taro) həbsdən azad olunması kriminal aləmdə ilin hadisəsi olmuşdu.

Demək olar ki, 10 illik həbs cəzası üzündən Ded Xasanın davamçıları ilə münaqişə dondurulmuşdu və hər kəs Taronun ilk addımlarının nə olacağını gözləyirdi. Təəssüf ki, asayiş keşikçiləri intriqanı uzatmaq qərarına gəldilər və təzəcə azad edilmiş “qanuni oğrunu” daha 40 gün həbs etdilər. Buna baxmayaraq, “1 nömrəli oğru” Şakro Molodoyun həbsdə olduğu bir vaxtda onun varisi Şişkan özünü heç bir şəkildə göstərmir və qalan “oğrular” ya xaricdədirlər, ya da dağınıq şəkildə “fəaliyyət” göstərirlər. Ona görə də Taronun özünü yenidən real qüvvə elan etmək şansı var.

Bu ilin aprelində Türkiyədə “Kutaisi” klanının lideri Tariyel Onianinin (Taro) görüşünə hər şey hazır idi. Ayın 9-da Taro Orenburq vilayətində yerləşən və “Qara Delfin” kimi tanınan 6 nömrəli xüsusi rejimli cəzaçəkmə koloniyasından çıxmalı idi.

Hələ yayda daxili işlər naziri Vladimir Kolokoltsev Taronun Rusiyada arzuolunmaz şəxs olması ilə bağlı əmr imzalayıb, ona görə də sərbəst buraxıldıqdan sonra Taro əvvəlcə Gürcüstana, oradan da “qanuni oğru”lara dəstək verən Türkiyəyə uçmağı planlaşdırırdı.

  DİGƏR XƏBƏRLƏR