Rusiyada bənd qəzasında ölənlərin sayı 15-ə çatdı: 13 itkin var (VİDEO)

Krasnoyarskda Seyba çayı üzərindəki qızıl mədən müəssisəsində bəndin dağılması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
FHN 13 nəfərin itkin düşdüyünü bildirib.
Anbarın açılması nəticəsində yaranan dalğa Sçetenkino kəndi yaxınlığında işləyən kəndi vurub. Binalar dağılıb, insanlar yaralanıb.
Fövqəladə Hallar Nazirliyi hadisə yerində xilasetmə işləri aparır. Bölgə valisi Aleksandr Uss da hadisə yerinə gəlib.

  DİGƏR XƏBƏRLƏR