Rusiyanın ən yaşlı şəxsi öldü

Rusiyanın ən yaşlı şəxsi Tənzilə Bişembeyeva 123 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, T.Bişembeyeva yanvar ayında 130 yaşlı Koka İstambulova vəfat edəndən sonra ölkənin ən yaşlı vətəndaşı statusunu əldə etmişdi.
Qeyd edək ki, Tənzilə Bişembeyeva 1896-cı ildə anadan olub. O, ilk dəfə 53 yaşında ana olub və 3 övlad dünyaya gətirib. 10 nəticəsi və 25 nəvəsi olan Bişembeyeva uzunömürlülüyünün səbəbini böyük ailəyə sahib olmaqda görürdü.

  DİGƏR XƏBƏRLƏR