Səs-küylü keçidin tikintisi dayandı?

Xətai rayonunun Ukrayna dairəsində bir müddətdir tikilməkdə olan və forması, hürdürlüyü, pilləkənlərinin sayı ilə bağlı müxtəlif müzakirələrin getdiyi yerüstü keçiddə aparılan tikinti işlərinə fasilə verilib.

Ərazidə yaşayan sakinlərin Axar.az-a verdiyi məlumata görə, artıq bir müddətdir ki, keçiddə heç bir iş görülmür. Ərazidə texnika və işçilər də gözə dəymir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti davam edir:

“Hazırda zavod şəraitində keçidin aşırım hissəsi hazırlanır. Hazır olan kimi quraşdırılacaq. Ancaq bu müdət ərzində də işlər aparılır”.

A.Nəcəfli bildirib ki, yerüstü keçid ən geci növbəti ilin əvvəlində istifadəyə veriləcək.

  DİGƏR XƏBƏRLƏR