Siyasi məhbuslar azadlığa çıxır – İqtidar və müxalifət anlaşdı

Venesuelada hökuməti və müxalifət partiyaları Milli Seçki Şurasının yenilənməsi üçün yenidən bir araya gəlib.

Venesuela prezidentinin köməkçisi Jorj Rorrigez parlamentdə təmsil olunan siyasi partiyalarla hökumət arasında bir sıra məsələlər üzrə anlaşma əldə edildiyini açıqlayıb.

Rodrigez Seçki Şurasının yenilənməsində müxalifət partiyalarının da iştirak etməsi üçün komissiyanın qurulduğunu bildirib.

Anlaşmada siyasi məhbusların da azad edilməsi maddəsinin yer aldığını deyən Rodrigez bu məsələnin hökumət tərəfindən müzakirə olunduğunu və respublika baş prokurorunun məsələ ilə əlaqədar açıqlama verəcəyini vurğulayıb.

Özünü müvəqqəti dövlət başçısı elan edən parlament sədri Xuan Quaydo hökumət və müxalifət arasında əldə edilən anlaşmaya reaksiya verərək, siyasi məhbusların dərhal azad edilməsini tələb edib./teleqraf

  DİGƏR XƏBƏRLƏR