Sumqayıtda oğul anasını döyərək xəstəxanalıq edib

Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Corat bağlarında qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Gəncəliyeva Xalidə Qənimət qızı yaşadığı Corat bağlarında öz oğlu tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR