Televiziya tarixinin ən qorxunc serialları – Siyahı açıqlandı

Reytinq siyahısında 30 filmin adı var

“Rolling Stone” nəşrinin jurnalistləri bütün zamanların ən qorxulu 30 serialının siyahısını hazırlayıblar. Bu seriallar vampirlər, zombilər, silsilə qətllər və başqa zalımlar haqqındadırlar.

Siyahıya Devid Linçin çox serialı dramı “Tvin Pinks” başçılıq edir. Serial 1990-cı ildə efirə çıxıb.

İlk üçlükdə elmi-fantastik şou “Alatoran zonası” (1959-cu il) və “Hannibal” (2013-cü il) var. Son serialda danimarkalı aktyor Madson Mikkelson  manyaq-qatil rolundadır.

Reytinq siyahısında həmçinin “Gəzən ölülər”, “Çox qəribə işlər” və başqa seriallar da yer alıb.

  DİGƏR XƏBƏRLƏR