Timsah kilsəyə gedən qadını öldürdü

Cənubi Afrikanın Limpopo əyalətindəki Mokvet kənd sakini kilsəyə gedərkən timsahın hücumuna məruz qalıb.

Belə ki, 39 yaşlı Mavis Molala iki kişi ilə çaydan keçmək istəyib. Onlardan biri qəfildən timsahı görərək, “Kömək edin” deyə qışqırmağa başlayıb. Kişilər çubuqla timsahın gözünə zərbələr endirərək qadına kömək etməyə çalışsalar da, timsah qadına zərər verib.

Hadisədən dörd gün sonra qadın ölüb.

  DİGƏR XƏBƏRLƏR