Trampı və onun qızını təhdid edən repçinin ifadəsi alınıb

ABŞ prezidenti Donald Trampı və onun qızı İvanka Trampı təhdid edən repçi Eminemin (Marşall Meters) ifadəsi alınıb.

“Bizimyol.info”nun xarici mətbuata istinadən məlumatına görə, Eminem Trampı və onun qızını “Framed” mahnısında təhdid edib. Belə ki, o, ABŞ prezidentini “Donald duck” (ördək) adlandırıb, onun qızını isə adətən təhdid edib: “Maşınımın arxa hissəsində olan balaca ağbəniz qız daha sonra gölməçəyə atılacaq”.

Qeyd edək ki, 2018-ci ildə Eminem daha bir repində polislər tərəfindən ifadəsinin alındığını qeyd edib.

  DİGƏR XƏBƏRLƏR