Türkiyə ordusu Suriyanın Cerablus şəhərinə daxil oldu – VİDEO

Türkiyə ordusunun təxminən 1290 nəfərlik qruplaşması Suriyanın şimalındakı Cerablus şəhərinə daxil olub.

Milli.Az xəbər verir ki, qruplaşma Mənbic şəhərinə doğru hərəkət edəcək. Fərat çayından şərqdə bu şəhər PKK və YPG terror qruplaşmalarının ilk “qala”sı sayılır.

Mənbic tutularsa, sonrakı yol açılacaq.
Mənbicdə əvvəllər YPG birləşmələri ilə bahəm, amerikalı hərbçilər də vardı.
Suriya ordusu Mənbicə doğru hərəkət edərək onu ələ keçirəcəyini bəyan etsə də, yalandır.

Çünki Bəşər Əsədin buna qüvvəsi yoxdur, kürdlərlə anlaşma yoxdur, motivasiya yoxdur və ən başlıcası, Rusiya və İran bununla bağlı mövqelərini açıqlamayıblar.

  DİGƏR XƏBƏRLƏR