Türkiyədə “Ergenekon” işinə baxan hakim saxlanıldı

“Ergenekon” terror təşkilatı ilə bağlı davanın fərari hakimi Mehmet Murat Dalkuş İstanbul şəhərində yaxalanıb.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, o, “vəzifədən sui-istifadə”, “silahlı terror təşkilatına üzv olmaq” maddələri üzrə ittiham edilir.

Qeyd olunur ki, Dalkuş Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olduğuna görə vəzifədən kənarlaşdırılıb, eləcə də “qırmızı bülleten”lə axtarışda olub.

  DİGƏR XƏBƏRLƏR