Türkiyəli alimlər döş xərçəngiylə bağlı yeni dərman icad edib – Tamamilə məhv edəcək

Türkiyəli alimlər süd vəzi xərçənginin müalicəsində istifadə ediləcək yeni bir dərman hazırlayıblar.

“Qafqaz Xəbər” qəzeti Medicina.az-a istinadla xəbər verir ki, Türk alimlərinin araşdırmaları nəticəsində, döş xərçənginin müalicəsində istifadə ediləcək bir antikarsinogen dərman hazırlanıb.

İki il davam edən araşdırma nəticəsində əldə edilən dərman sayəsində süd vəzi xərçənginin müalicəsində və xərçəng hüceyrələrini tamamilə məhv etməkdə təsirli olacaq.

Metastaz verən süd vəzi xərçəngi zamanı belə uğurlu nəticə verən dərman antimikrobiyal təsirə malik olub, bədəndəki mikrobları öldürmə qabiliyyətinə malikdir. Hazırda dərmanı ixtira edən türkiyəli alimlər pantet üçün müraciət ediblər. Pantent alındıqdan sonra dərmanın istehsalına başlanılacaq.

  DİGƏR XƏBƏRLƏR