Vaqif Cavadovdan şok sözlər: Futbolçu siqareti elə çəkməlidir ki, bunu kimsə bilməsin – VİDEO

Millimizin sabiq futbolçusu Vaqif Cavadov İTV-də yayımlanan “3D” layihəsinin qonağı olub.

Oxu.Az xəbər verir ki, verilişin aparıcısı Dadaş Dadaşlinski Çexiyada hoteldə olarkən siqaret çəkən 19 yaşadək millimizin futbolçularının hərəkətinə qiymət verməsini istəyib.

Onun cavabı maraqlı alınıb:

“Bu insanlar ağıllı deyil deyə, bu hərəkəti ediblər. Ağıllı olsaydılar, siqareti elə çəkərdilər ki, bunu nə rəhbərlik, nə baş məşqçi bilər, nə də hotelə ziyan dəyər… Siqaret çəkmək qəti qadağandır. Hər bir insan üçün zərərlidir. Amma artıq futbolçu bunu çəkirsə, nə valideyn, nə məşqçilər ona bu qadağanı qoya bilməz. Ona görə də siqaret çəkirsə, elə etməlidir ki, bunu kimsə bilməsin”.

Daha sonra Dadaş Dadaşlinski Vaqif Cavadovdan futbol oynayarkən qəlyan çəkməsi barədə soruşub:

“Almadan hazırlanan qəlyan daha çox xoşuma gəlir. Qəlyanı futboldan kənarda olanda, istirahət zamanı çəkmişəm. Amma oyun günü və məşqlər olan vaxt belə bir şey olmayıb”.

“Keşlə” klubundan ayrıldıqdan sonra altı aydır ki klubsuz olan Cavadov futbolsuz qalmasından danışıb, həmçinin, yarım milyonluq evini satışa çıxarması barədə yazılanlara münasibət bildirib.

Daha sonra Dadaş Dadaşlinski “Manuel Noyerə künc zərbəsindən qol vuran yeganə futbolçusunuz. Həmçinin, “Tvente”də heç bir oyun keçirmədən Hollandiya çempionu olmusunuz. Həyatınızda başqa bu cür təsadüflər də olubmu?” sualına Vaqif Cavadov belə cavab verib:

“Arzu edərdim ki, hər bir azərbaycanlı futbolçu mənim kimi Hollandiya və ya Almaniya klubuna keçsin və oynamadan çempion olsun. Bu da böyük bir nailiyyətdir. İnanıram ki, hansısa azərbaycanlı gələcəkdə oynayıb xarici ölkənin çempionu olar”.

 

  DİGƏR XƏBƏRLƏR