Yaponiyanın İqtisadiyyat naziri istefa verdi: İnanılmaz səbəb

Yaponiya mediası, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Issyu Suqavara bir qalmaqal üzündən istefa verib.
Qaynarinfo xəbəbr verir ki, bu nhaqda Yapon mediası xəbər verib. Suqavara eləcə də Rusiya ilə iqtisadi əməkdaşlığa da cavabdeh şəxsdir.
Fakt budur ki, əvvəllər yerli nəşrlərdə 2007-ci ildə Suqavara seçki qərargahında seçicilərə xüsusi hədiyyələr – yemiş və krab paylaması haqda məlumatlar yayılmışdı. Bu məhsullar Yaponiyada delikates sayılır və əhali arasında yüksək qiymət kimi assosiasiya yaradır.
Bundan bir müddət sonra KİV-də Suqavaranın seçki dairəsindəki katibinin seçicilərdən birinin dəfn mərasimində bir ianə (yaspayı) verdiyini yazıb. Bu ianələr Buddist cənazə mərasiminin bir hissəsidir. İanə mərhumun ailəsinə xüsusi zərfdə verilir. Məbləğ şəxsin özündən və mərhumla münasibətlərindən asılıdır.
Xatırladaq ki, bundan bir gün əvvəl İqtisadiyyat naziri ölkənin Baş naziri Şinzo Abeyə istefa ərizəsi verib. İlkin məlumatlara görə, onun yerini Xiroşi Kadziyama tuta bilər.

  DİGƏR XƏBƏRLƏR