“Zirə”nin yeni baş məşqçisi bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə”nin yeni baş məşqçisi bəlli olub.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub. Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər “Zirə”də əsas komandanın məşqçilər korpusunda yer alıb.

  DİGƏR XƏBƏRLƏR