Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdan təyyarəsinin göyərtəsində olan jurnalistlərə deyib.
“Sonuncu terrorçu bölgəni tərk etməyincə biz bu hərəkatımızı davam etdirəcəyik”, – deyən prezident başqa ölkələrin qoşunlarının Suriyada qaldığı müddətcə türk qoşunlarının Suriyanı tərk etməyəcəyini də əlavə edib.
Ərdoğan onu da vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin tərəfdarı olaraq qalır.