Ətin kilosu 35, bananın kilosu 12 manat oldu: Bu dəfə Türkmənistanda

Türkmənistanda yaşayış səviyyəsi getdikcə pisləşir. Tələbat mallarının qiyməti artır.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda ət də bahalaşıb. Aşqabadda dana və qoyun ətinin kilosunu 35 türkmən manatına satırlar. Azərbaycan manatına çevirsək, söhbətin təxminən 17,5 manatdan getdiyini deyə bilərik.

Alternativ medianın yazdığına görə, əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. Buna görə də qəssabların alveri yaxşı getmir. Amma onlar qiyməti çox aşağı sala bilmir. Çünki kənd təsərrüfatındakı problemlər bazara birbaşa təsir göstərir.

Mağazalarda bananın daha çox bahalaşdığı hiss olunur. Kilosu 6 türkmən manatına banan almaq üçün saatlarla dövlət mağazalarında növbəyə durmaq lazımdır. Kommersiya dükanlarında bu meyvəni 12-13 türkmən manatına (6-6,5 Azərbaycan manatı) almaq mümkündür.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Türkmənistan avtoritar rejim tərəfindən idarə olunur. Rejimin başında dayanan prezident Qurbanqulu Berdıməhəmmədov qeyri-adi qərarları və davranışı ilə diqqət çəkir.

  DİGƏR XƏBƏRLƏR