Ağlayan uşağı sakitləşdirməyin qəribə yolu – VİDEO

“Facebook” istifadəçisi Kourtney Uayt ağlağan uşağı sakitləşdirməyin qeyri-adi üsulunu göstərib.

İstifadəçinin yayımladığı video altı milyondan çox baxış sayı toplayıb.

Belə ki, o, uşağı Rusiyada “muraşka” adlanan kapilyar masajı üçün nəzərdə tutulmuş əşya ilə sakitləşdirib. Kadrlardan uşağın əşyanı gördüyü andan susaraq başının masaj olunmasını gözlədiyi müşahidə edilir.

Ana oğlunun başının doğru “qaşınmasını” sevdiyini bildirib. Video qısa zamanda trendə çevrilib, 180 min “repost” alıb.

  DİGƏR XƏBƏRLƏR