Alla Puqaçova 80 illik yubiley konsertinə söz verdi

SSRİ xalq artirsti Alla Puqaçova 10 il sonra 80 illik yubileyi münasibətilə konsert verəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə pərəstişkarlarına müğənni özü söz verib:

“Hələ daha bir yubileyim var – 80. Bu, yaşamaq, daha da yaşamaq, sağlam yaşamaq üçün böyük motivasiyadır. 80 yaşımda köhnə, sevimli mahnılarımdan ibarət konsert verəcəm. Əgər özüm oxuya bilməsəm, zaldakılar oxuyacaq”.

Qeyd edək ki, Puqaçova 60 yaşında konsert fəaliyyətinə son qoyduğunu bildirsə də, aprelin 15-də 70 illik yubileyini səhnədə qeyd etmişdi.

  DİGƏR XƏBƏRLƏR