“Amazon” “Microsoft”a qarşı mübarizəyə başlayır

“Amazon” şirkəti Pentaqon tərəfindən elan edilən, “Microsoft”un qalib gəldiyi 10 milyard dollarlıq tender uğrunda hüquqi mübarizəyə başlamaq istəyir.
Qaynarinfo xəbər verir ki, layihəyə görə, “Microsoft” 10 il ərzində “Pentaqon”a 10 milyard dollar dəyərində uzaqdan hesablama xidmətləri göstərəcək.
“Amazon” tenderin qərarını qərəzli hesab edir və bu səbəbdən məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, ABŞ prezident Donald Tramp “Amazon” rəhbəri Ceff Bezos və sahibi olduğu “The Washington Post” qəzetini dəfələrlə tənqid atəşinə tutub.

  DİGƏR XƏBƏRLƏR