“Amerikada 72 yaşdan sonra qadınlar ictimai işlərə gedib, böyük uğurlar əldə edirlər…”

Xəbər verdiyimiz kimi, Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub. Belə ki, səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu yaşlı insanların dövlət işindən getməsinin tərəfdarı olduğunu bildirdi:
“Yaş məsələsi doğrudan da vacibdi, özümün də yaşım çoxdu. Yaşlı adam olaraq qeyri-hökumət təşkilatında işləmək olar, yəni siyasi partiyada və s. Bunlar məmur işi yox, ictimai işlərdir. Elmira xanımla mənim çox yaxın əməkdaşlığım olub və çox gözəl, xoşuma gələn xanımdı. O, bacardığını edirdi, bacarmadığını yox. Ombudsman elə bir insan olamalıdır ki, birinci növbədə kimdənsə asılı olmasın. Təyin olunan adam insanların müraciətinə cavab verməlidir, çünki bura müraciət edənlər imkansız adamlar olur. S.Əliyevaya arzum odur ki, ona müraciət edən insanlara diqqət göstərsin, onun uğurlu işlərini gözləyirik”.
N.Cəfəroğlu özünün də bir müddət sonra istirahətə gedəcəyini bildirib:
“Mən ictimai işdə işləyirəm və buna yaşım mane olmur. Hökumət işində işləsəydim, onda yaşımla bağlı vəzifədən gedərdim. Hələ ki, ayağım yeririy, başım işləyir. Mən bu günə kimi iyirmi nəfər lider ortalığa çıxarmışam. Nə vaxt görəcəm ki, əldən düşmüşəm onda gedəcəm. Hələ ki, əldən düşməmişəm, mənə zəng vurursunuz, cavab verə bilirəm. Amerikada 72 yaşdan sonra qadınlar ictimai işlərə gedib, böyük uğurlar əldə edirlər. Onlar ən çox da seçki orqanlarında iştirak edirlər və seçkilər onlardan asılıdır. Onların qadınlarla bağlı bir komitəsində ancaq 72 yaşdan 86 yaş arası qadınlar təmsil olunur”.
Vasif Əlihüseyn

  DİGƏR XƏBƏRLƏR